Hazırda bir çox ölkədə yayılmış olan məlum virus səbəbi ilə ölkəmizdə də karantin rejimi hökm edir. Bu halda isə bir çox markalar ciddi zərərlər edir, kiçik və orta sahibkarlıq subyektləri ən çox zərər görənlərdəndir.

Bu halda bir çox şirkətlər mümkün olduğu qədər evdən işləməyə başladı. Və bunun davamı da bu şəkildə gələcək. Həmçinin markalar bununla yanaşı artıq rəqəmsallaşmaq üzrə də addımlar atmağa hazırlaşır. Ölkəmizdən kənarda arıq rəqəmsal iqtisadiyyatın varlığı insanları rahatlıqla evdən çıxmadan da işləmə və keçinmə problemlərini aradan qaldırmış haldadır, demək olar ki. Rəqəmsal iqtisadiyyatın vacibliyini bu günlərdə daha ciddi şəkildə hiss etməyə başlamışıq.

Ancaq virusdan istifadə edərək bunu fürsətə çevirmək kimi bir düşüncə də hazırda ola bilər. Ancaq bəzən bu doğru olmaya bilər.  Şirkətlərin nəğd pul axışında sıxıntılı bir dönəm keçərkən qısa vadəli kampaniyarla nəğd pul axışı yaratmaq məqsədi ilə endirimlərə gedə bilər. Amma bu heç də hər zaman yaxşı nəticələnməyə bilər. Belə bir vəziyyətdə insanların yadında onlara yardım edən markalar daha çox qalır. Misal: Azercell – ölkə xaricində olan hər bir vətəndaşımıza 50 AZN dəyərində balans hədiyyə etdi. Hazırda ilk növbədə işimiz endirim kampaniyası və ya digər başqa növ kampaniyalar etməkdənsə mümkün qədər xidmətlərimizdən insanların ödənişsiz yararlanması və ya onlara fayda verə biləcəyimiz şəkildə yararlanması ən yaxşı haldır.

Makra olaraq nələr edə bilərsiniz?

1. Marka olaraq ilk işlərimizdən biri istifadəçilərimizi (alıcı və ya istehlakçılarımızı) Covid-19 virusu ilə bağlı marifləndirmək və düzgün yönləndirmə edə bilərik, sosial media hesablarımız vasitəsi ilə.

2. Vebinar: müxtəlif mövzularda özəlliklə də markamızın tanıdılması istiqamətində bu zaman aralığında insanlarla kommunikasiyaya keçə bilər və onlara özümüz haqda informasiyalar çatdıra bilərik.

3. Bloqlar: Hazırda insanların sosial mediada çox zaman keçirdiyini nəzərə alaraq istifadəçiləriniz üçün özünüz və ya xidmətlərininiz, həmçinin digər bir çox istiqamətli doğru məzmunu yazaraq onların evlərində sərfəli zaman keçirməsinə kömək ola bilərsiniz.

4. Challenge: Marka olaraq özünüz üçün maraqlı bir challenge başlada bilərsiniz. Məsələn evdən çalışan əməkdaşlarınız #evdənişlə həştəqi başladaraq əməkdaşlarınız sosial media hesablarında #evdənişlə həştəqi ilə paylaşım edə bilərlər. Və ya müştəriləriniz #evdəqal həştəqi ilə sizin hər hansısa bir məhsulunuzdan istifadə edərək öz sosial media hesabında paylaşım edə bilər və bunun qarşılığında sizdən mükafat qazana bilər. (Mükafatın sağlamlıqla bağlı olması bu günlərdə çox yaxşı olar)