CPC (Cost Per Click) klik başına maliyyət mənasına gəlir. Dilimizdə bunu ingiliscə termin kimi istifadə edirik. CPC (Cost Per Click) ən çox istifadə edilən reklam təklif növüdür.

Bu termin istifadəçilərin reklama bir dəfə kliklədikdə nə qədər ödəmə edəcəyinizi ifadə edir. Facebook reklamları, Google Ads və s. hər reklam üçün bir klik başına təyin edə və hər iki platformada maksimum dəyəri məhdudlaşdıra bilərsiniz.

Gogole Ads CPC qiymətinə maksimum dəyər verməküçün daha yaxşıdır. Məsələn, reklamınızdakı ‘ayaqqabı qiymətləri’ sözünə maksimum 4 dollar bir CPC təyin etsəniz, hər klik üçün ödədiyiniz məbləğ 4 dollardan çox olmaz. Bu vəziyyətdə, bir klik başına xərcləmə rəqabət az olduğu vaxtlarda və saatlarda azalır, ancaq güclü rəqabət olan bölgələrdə sistem verdiyiniz bütün yuxarı həddi istifadə edə bilər.

CPC, yəni hər klik başına dəyər, rəqabətdə inanılmaz dəyişiklik göstərir. Buna görə də deyə bilərik ki, CPC qiyməti rəqabətdən və təlabatdan asılı bir faktordur.

Facebook “Ads Manager” də birbaşa CPC-nin müəyyənləşdirilməsi reklam göstərimində və işində problemlərə səbəb ola bilər. Buna görə, ilk təəssüratlarda kampaniyanı təhlil edərək CPC-nin dəyəri azaldıla bilər. Zaman zaman Facebook reklamlarından kiçik dəyərlərə qədər CPC-i optimallaşdıra bilərsiniz.