Bu yazıya keçmədən öncə “Facebook video içi reklamları sınaqdan keçirir” yazımızı da nəzərdən keçirə bilərsiniz.

Bu günkü mövzumuz Facebook Alqoritmi haqqında olacaq. İlk növbədə onu qeyd etmək istərdim ki, bu tətbiq 2004-cü ildə yaranmışdır, elə o gündən bu günə kimi çoxlu dəyişikliklər baş vermişdir.

Alqoritm nədir ki?

Alqoritmə sadə bir izah versək, o zaman onun işləmə mexanizması kimi ifadə edə bilərik. Facebook Alqoritmi dedikdə, yəni onun işləmə mexanizması nəzərdə tutulur.

Bildiyiniz kimi, əgər bir şeyin işləmə mexanizmini bilməsək, ondan doğru bir şəkildə istifadə edə bilmərik, ona görə bu gün sizə hər il yenilənən bu Alqoritm haqqında məlumat verməyi qərara gəldim.

2004- cü ildən 2020-ci ilə qədər Facebook bir onlayn platforma olaraq, uzun bir inkişaf yolu keçmişdir, bu yolda onun işləmə mexanizması da dəfələrlə dəyişmişdir. Əvvələr Facebook‘da “news feeds” xəbər lenti anlayışı olmamışdır, bu daha sonra əlavə edilir. Bəyən, paylaşrəy bildir düymələri də sonrada əlavə olunmuş xüsusiyyətlərdir. Daha sonra Facebook bəyən butonunu daha da təkmilləşdirib və ora qəm, təəccüb , sevgi, qəzəb və bir neçə gün olar ki, qayğı hissi ifadə edən butonu da əlavə etdi.

Sizcə bütün bunları nə üçün qeyd etdim?

Çünki hal-hazırda işləyən Alqoritmi anlamaq üçün onun təkamül yolunu bilmək lazım idi. Belə ki, əlavə olunan bütün xüsusiyyətlər məhz alqoritmin işləmə prinsipinə təsir edir.

Bəyənmək, paylaşmaq və rəy bildirmək bu xüsusiyyətlər Facebook üzərində olan paylaşımların insanlara çatmasında bir başa təsir edir. Xüsusilə rəy bildirmək paylaşımın daha çox kütlənin qarşısına çıxarır.

2020 Facebook Alqoritminin necə işlədiyini nümunə ilə göstərək:

Misal üçün siz bir şəkil, yazılı şəkil  və ya videonu Facebook üzərindən paylaşdınız. Bu paylaşım xəbər lentinə çıxır və bu zaman proses bu cür davam edir:

1. Facebook ilkin olaraq paylaşımın bir qismini insanın qarşısına çıxarır, misal 10 nəfərin.

2. Daha sonra bu 10 nəfərin paylaşıma münasibətinə baxır, nə qədər adam bəyəndi, paylaşdı və ya rəy bildirdi.

3. Əgər 10 nəfər üzərində 2-3 nəfər bu paylaşıma münasibət bildirirsə, Facebook bu paylaşımın maraqsız görür və onu daha çox insanın qarşısına çıxarmır. Əks halda isə geri bildiriş Facebook’a qayıdır və alqoritm ölçür ki, bu paylaşıma 10 nəfərdən 8 i geri bildirim etdi, bu maraqlıdır və bu paylaşımın daha çox insana göstərmək lazımdır.

4. Bu tətbiq artıq insanları daha çox cəlb etmək və platformada daha çox vaxt keçirmələri üçün üstün xüsusiyyətlər yaradır, beləki artıq istifadəçi xəbər lentində istədiyi şəxsi görə istədiyini isə gizlədə bilər.

Bu nümunədən də göründüyü kimi, Facebook Alqoritmi interaction (qarşılıqlı təsir) əsasında işləyir və daha çox geri dönüş aldığı paylaşımların önə çəkir.

Facebook Alqoritmi sürətlə dəyişir və yenilənir, hal-hazırda işləmə prinsipi bu cür təqdim edilmişdir.

Ümid edirik yazı sizin üçün faydalı olmuşdur. Zəhmət olmasa, şərh bölməsində fikirlərinizi bölüşməyi unutmayın, növbəti yazılarda görüşmək ümidi ilə…