Guerrilla marketinq fəaliyyəti nə qədər az işlənsədə, təsiri çox güclü olmuşdur. Bu gün Guerrilla marketinq və onun təsir gücü haqqında danışacağıq. Elə isə yazını sona qədər oxumağınızı tövsiyə edirəm, çünki sonda nümunəmiz var.

Qeyd: Sizi xüsusi maraqlandıran bir mövzu varsa, şərh bölməsində qeyd edin, növbəti yazımızı o haqqda paylaşaq!

Bu yazıya keçmədən öncə, Neyromarketinq: Bizim nəyə ehtiyacımız var?“Neyromarketinq texnikaları: Göz izləri və üz kodlaşdırması” yazılarımızı oxuya bilərsiniz.

Guerrilla Marketinqin mahiyyəti və anlamı

Guerrilla marketinq, ilk növbədə onun mahiyyətini və mənasını qeyd etməklə başlamaq istərdim. Böyük müharibələrdə kiçik qüvvələr olar və bu qüvvələr düşməni məhv etmək üçün ani, kəskin və öldürücü zərbələr endirir. İkinci dünya müharibəsi dövründə SSRİ- tərkibində olan kiçik partizan dəstələri o zamanlar düşmən üçün daha qorxulu idi, çünki onlar ani, gizlin və öldürücü zərbələr enidirməyi bacarırdı. Elə bu misaldan istiqamət alaraq Guerrilla marketinqi həmdə partizan marketinq kimi adlandıra bilərik.

Guerrilla marketinq – yəni ani,öldürücü və gizlin zərbə üçün hazırlanmış marketinq texnikası

Guerrilla marketinq fəaliyyətinin əsas səbəbi bazarda mövcud olan güclü rəqiblərdir. Əsas hədəf də bu rəqiblərin bazar payını əlindən alıb, orada güclənməkdir. Qısası bir şirkətin öz möhkəmləndiyi bazardan çıxıb ona yad olan bir bazarda möhkəmlənmə cəhdləri Guerrilla marketinq fəaliyyətini ortaya qoyur.

Guerilla marketinq fəaliyyətinə başlamadan öncə aşağıdakılara diqqət etmək lazımdı:

1. Layihəniz sizi və komandanızı həyəcanlandırmalıdır

2. Nəyi edə biləcəyinizi və nəyi edə bilməyəcəyinizi müəyyən etmək

3. Möhkəmləndiyinizdən əlavə digər bazarları araşdırmaq

4. Bütün komandanı bu işin içinə daxil etmək lazımdır

Əgər uğurlu bir marketinq fəaliyyəti qurmaq istəsəniz o zaman ətrafınızda baş verən bütün yenilikləri izləməyiniz şərtdir. Bundan əlavə ətrafınızda olan ən xırda detallardan da istifadə edərək, fəaliyyətinizin istiqamətini daha da genişləndirə bilərsiniz. Xüsusən də rəqib şirkətləri araşdırmaq,onların zəif və güclü tərəflərini müəyyən etmək çox vacibdir. Çünki girmək istədiyiniz bazarın uzun müddət fəaliyyət göstərən sahibləri olur. Buna görə müştəri araşdırması sizin gücünüzə əlavə güc qata bilər.

Guerrilla Marketinqə ən yaxşı nümunə

İndisə sizə Guerrilla marketinq ən uğurlu, praktik və özünü sübut edən bir nümunəsini təqdim etmək istəyirəm. Çoxları bu marketinq fəaliyyətinin uğursuz olduğunu düşünsə də, ona çoxlu pul yatıran şirkətlər də olmuşudur. Bu şirkətlərdən biri Coca Cola çirkətidir.

Coca Cola Latın Amerikasının ən zəngin ölkələrindən olan Venesuellada 50 ilə yaxın rəqabət etdiyi Pepsi Cola’nı bir gecədə “Komando hərəkatı” ilə bazardan sildi. Müştəri düşüncəsini dəyişə bilməyəcəyini anlayan Coca Cola bazardakı paylama və şüşələmə işi ilə məşğul olan Cisneros qrupu ilə əməkdaşlıq etməyi hədəfləyirdi. Latın Amerikasında məhşur olan bu qrup, 57 il idiki 20 fabrikasında Pepsi Cola məhsullarını qablaşdırmaq və satmaqla məşğul idi. Bir gün bu iki şirkət arasında baş verən anlaşılmazlıqdan çox gözəl istifadə edən Coca Cola öz nümayəndəsi Douglas Ivesteri 1996-cı ildə gizlində Karakasa göndərdi. Maddi və mənəvi böyük təklif qarşısında Cisneros razılaşmanı qəbul etdi.

Bundan sonra bir gecə içində Cisneros bütün fabriklərində Pepsi Cola bayraqlarını qaldırdı, işçiləri paltarlarını dəyişdi və şəxsi karqo təyyarəsi ilə 250 milyon Coca cola şüşəsi gətirildi. Sonra Pepsi Cola bu məsələdən dolayı Cisneros şirkətini məhkəməyə versə də ortaq bütünlükdə xərcləri qarşılamaqla işləri öz öhdəsinə götürdü.

Bu nümunə bizə anidən, öldürücü və gizli marketinq fəaliyyətini praktika ilə sübut etdi. Gerilla marketinq ilə adi marketinq fəaliyyətinin əsas fərqi sürət, texnika və istifadə kanallarıdır. Burada mən deyərdim biraz da siyasət önəmlidir. Çünki rəqibin zəifliklərini taparaq ona qarşı xüsusi tədbirlər görməklə, onu hətta bazardan silmək olur.

Hansı sektorda, hansı sahədə olduğumuzdan asılı olmayaraq, hər bir bazarın zəif cəhətləri və imkanları vardır. Bundan istifadə edərək ora daxil ola bilərik. Hətta ani hücümlə bazarda böyük pay sahibi olan şirkətləri bir an içində silə bilərik.

Bunun üçün:

Hər daima axtarışda olmaq, bazarı və rəqibləri izləmək şərtdir, necə ki Coca Cola izləməklə 50 il sonra boşluğu tapdı və öz məqsədinə çatdı. Ümumiyyətlə hər bir uğurun içində uzunmüddətli fəaliyyət dayanmışdır, məxsusən də marketinq fəaliyyətləri səbr tələb edir.

Ümid edirəm bu gün ki yazı sizin üçün faydalı olacaq. Hər bir yazıda çalışıram praktiki, faydalı və həll yolu olan məlumatları sizinlə bölüşüm, növbəti yazılarda görüşmək ümidi ilə.

Rəy bölməsində fikir bildirməyi unutmayın!