Hopi, COVİD-19 ‘un istehlak və həyat vərdişlərinə təsirlərini açıqlayıb.

Anketdə hər iki nəfərdən biri ofis şəraiti üçün darıxdığını bildirib. Hər 10 nəfərdən 4-ü isə bu müddətdə kredit götürdüyünü yaxud 5.000-25.000 TL arasında məbləğdə kredit götürməyi planladığını deyir.

8.5 milyon üzvü olan Hopi, Kantar Media Division ile bir yerdə davam etdirdiyi COVİD-19  pandemiyası ilə əlaqəli detallı anketin nəticələrini açıqlayıb. Hopi, tətbiq daxilində keçirilən anketdə istifadəçilərə; evdən işləmə və işə qayıdış müddətindən, alış-veriş xərclərindəki dəyişikliklərə və tətil planlarına qədər bir çox sahədə suallar verib.

Hopi ‘dən COVİD-19 ‘un istehlak və həyat vərdişlərinə təsirləri

Şirkətin açıqladığı nəticələrə görə; işləyən hər 2 nəfərdən biri ofis şəraiti üçün darıxarkən, hər 3 nəfərdən biri 6 ay ərzində maaliyyə vəziyyətinin pislşəcəyini düşünür. İştirakçılar, qənaətçilik faizinin faizinin 18% aşağı düşdüyünü bildirib. Bu baxımdan, anketdə iştirak edən hər 10 nəfərdən 4-ü bu dövrdə kredit götürüb, yaxud yaxın vaxt ərzində 5.000-25.000 TL aralığında kredit götürməyi planlaşdırdığını deyib.

Anket nəticələrinə görə 10 nəfərdən 7-si xərclərini azaldarkən, karantin müddəti qidalanma vərdişlərinə təsir edib və yüngül yeyinti məhsullarının xərclərini 20% artırıb. Bundan əlavə iştirakçılar, kino, teatr kimi mədəni tədbirlərin ən az 8 ay həyatlarında yer almayacağını da bildirib. Bu yay üçün tətil planları isə öz qeyri-müəyyənliyini qoruyub saxlayır.

Anketdə iştirak edən kişi cinsinin nümayəndələri, baxıma meylli olan qadınları geridə buraxıb. İştirakçıların cavablarına görə, karantin müddəti onlar üçün öyrədici olub, yarısı isə yeni bacarıqlara yiyələnib. Hər 10 nəfərdən 8-i bu müddətdə sahib olduqları şeylərin dəyərini daha çox anladığını ifadə edib.

3.213 Hopi istifadəçisinin cavabları ilə ərsəyə gələn; alış-veriş vərdişləri, maaliyyə vəziyyəti və sosial həyata qayıdış gözləntiləri ilə əlaqəli məlumatları sizində bölüşürük.

Maliyyə vəziyyəti və xərcləmə detalları

İştirakçıkardan 44%-i maaliyyə vəziyyətlərinin pandemiyadan əvvəlki müddətlə müqayisədə daha pisləşdiyini bildirərkən, 49%-i isə maaliyyə vəziyyətinin heç bir dəyişiklik olmadığını deyib. Anket nəticələrinə görə, hər 3 nəfərdən 1-i 6aydan sonra maaliyyə vəziyyətinin pisləşəcəyini, 26%-i yaxşılaşacağını, 40%i isə eyni qalacağını düşünür. Anketdə iştirak edənlərin 52%-nin maaliyyə vəziyyətinin 1 il sonra yaxşılaşmasını gözlədiyini də deməkdə fayda var.

Anketdə yer alan “Koronavirusdan əvvəlki müddətdə gəlirlərinizdən qənaət etmək imkanınız olub mu?” sualına müsbət cavab verənlərim göstəricisi 54% olub. Bu göstəricinin COVİD-19 –dan sonra 36%-ə endiyini də qeyd edək. İştirakçıkarın 20%-i maaliyyə dəstəyi üçün kredit götürüb, 20%-i isə yaxın zamanda kredit götürəcəyini bildirib. Kredit götürəcəklərini 40%-i 5001-10.000 TL, 20%-i 10.001-25.000 aralığında, 28%-i isə 25.000 TL-dən daha çox kredit götürməyi planlayır.

Anketdə pandemiyanın xərcləmə vərdişlərinin də təsiri araşdırılıb. Anketdə iştirak edən 10 nəfərdən 7si(68%) geyim xərclərini azaltdığını deyib. İştirakçıkarın cavablarına görə; ən böyük eniş ayaqqabı, çanta və aksesuar kateqoriyalarında yaşanıb.

Anket nəticələrinə görə; evdə daha çox vaxt keçirməklə əlaqəli olaraq təməl qida xərclərinin 68%, yüngül qida xərclərinin isə 20% artdığını da deyək. Ev təmizliyi xərcləri 44% artarkən, hazır yemək xərcləri pandemiyadan əvvəlki vaxtla müqayisədə 63% azalıb.

İştirakçılar açıq ərazilərə 3 ay, kino və teatra ən tez 8 ay sonra qayıdacaq.

COVİD-19 -dan sonra park, sahil kimi açıq ərazilərə 3 ay ərzində qayıtmağı planlayanlar 61% ikən, 8 aydan sonra qayıtmağı planlayanlar isə 15%-i təşkil edir. İştirakçıların 59%-i film və teatra 8 aydan əvvəl qayıtmağı düşünmür. İştirakçıların 12%-i isə 3 ay ərzində qayıda biləcəyini ifadə edib.

Həmçinin iştirakçıların 25%-i 4-8 ay ərzində, 49%-i isə 8 aydan sonra tətilə çıxmağı düşünür. Hər 10 iştirakçıdan 9-u ölkəxarici səyahətləri 8 aydan daha da uzun müddət sonra həyata keçirə biləcəyini söyləyib.

Qadın və kişi salonların 3 ay ərzində qayıdacağını deyənlərin göstəricisinin 57% olduğunu da qeyd edək. Salonlara 8 aydan uzun müddətdə qayıdacaq olanlar isə 20%-dir. 3 ay ərzində salona qayıtmağı planlayan kişi cinsinin nümayəndələri 69% ikən, qadınlarda bu göstərici 49%-dir. İştirakçıların 62%-i konsert, festival kimi tədbirlərə 8 aydan uzun müddətdə qayıtmağı planlayarkən, idman salonlarına gedənlərin 16%-i 3 ay ərzində idmana qayıtmağı düşünür.

COVİD-19 sonrası vərdişlər

İştirakçıkarın 25%-i məhdudiyyətlər bitdikdən sonra çöldə daha çox vaxt keçirəcəklərini bildirərkən, 47%-i isə daha çox evdə qalacağını bildirir. Anketdə iştirak edənlərin demək olar ki, yarısının (43%) karantində yeni bacarıqları əldə edindiyini də bildirək. İştirakçıların 32%-i bu müddətdə sosial media platformaların daha əhəmiyyətli hala gəldiyimi bildirərkən, 47%-i isə bunun əksini iddia edir.

Hər 10 iştirakçıdan 6-sına görə (64%) pandemiyadan sonra evdən/uzaqdan işləmək populyar hala gələcək. İştirakçıların 17%-i, online yoqa, plates, idman vərdişlərinə, 15%-i evdə şəxsi baxım vərdişlərinə, 16%-i evdə təmir işlərinə, 11%-i taxta və rəsm kimi hobbilərə, 7%-i isə toxuma və güpür kimi əl işi hobbilərinə davam edəcək.