Yazıya başlamadan öncə sizə hansı mövzu haqqında oxuyacağınızı bildirmək istərdim, çünki bununla siz vaxta qənaət etmiş olacaqsınız. Bu yazıda siz Neyromarketinq haqqında öyrənəcək, əhəmiyyəti və tətbiqi barədə məlumat əldə edəcəksiniz.

Bu yazıya keçmədən öncə “Ən təsirli 8 marketinq metodları hansılardır?” yazımızla da tanış ola bilərsiz.

Bu gün ki mövzumuz qlobal cəmiyyətin gələcəyinə çox mühüm təsir göstərən bilən bir məsələdir. Söhbət insan neyronlarını araşdırmaqla şəxsin hiss, duyğu və fikirlərini müəyyən etməkdən gedir.

Müştəri biznes üçün qızıldan da qiymətlidir, çünki şirkət müştəri olmasa nə fəaliyyət göstərə bilər nə də qazanc əldə edə bilər. Bəli müştərini marketinq fəaliyyətinin şah damarı hesab edə bilərik. Bu gün ki mövzumuz da məhz bu istiqamətdə görüləcək yeni bir addımdan danışmaqdır, söhbət Neyromarketinqdən gedir.

NƏDİR NEYROMARKETİNQ?

İnsan çox qəliz bir varlıqdan, bu varlığı öyrənmək üçün onun neyronlarını araşdırmağı qərara alan alimlər müsbət nəticələr əldə etmişdir. Beləki neyronların analizi insanların hansı hisslər keçirdiyini və onların məsələlərə baxışını müəyyən etməyə imkan verir.

Qısası Neyromarketinq insan hiss və duyğularını neyronlar vasitəsi ilə müəyyən etməklə qurulacaq marketinq fəaliyyətidir.

Nobel mükafatı Francis Crick bu barədə belə danışır:

“İnsanların hissi, düşüncələri və hərəkətləri hətta özlərinə olan inam beyindəki neyronların fəaliyyətindən qaynaqlanır. Marketoloqlar üçün neyrobilologiya  arada olan informasiya qıtlığı problemini həll edən və onların davranışlarını müəyyən etmək üçün əvəzsiz vasitə olacaqdır. Neyromarketinq həmçinin müştərini öyrənən elm adlanır çünki burada müştərilərin beyni öyrənilir, onların istəkləri müəyyən olunur və müştəri qərarları manipulyasiya olunur.”

NEYROMARKETİNQ ALƏTLƏRİ

Beyini araşdırmaq üçün iki mühüm alətdən istifadə olunur, gəlin bu alətlər ilə tanış olaq:

  • fMRİ – functional magnetic resonance imaging, yəni funksional maqnetik rezonans görüntüləmə. Güclü maqnetik sahədən istifadə etməklə beyinə gedən qan axını tənzimlənir. Beləki insan yalan danışdıqda alət bunu müəyyən edə bilir.
  • EEG –electroencephalogram, yəni bu aparat baş dərisinə yerləşdirilmiş sensorlar vasitəsilə beyin hüceyrələrinin fəaliyyəti müəyyən edir. Bir saniyə fraksiyaları üzərində baş verən dəyişikliklər müəyyən edilir. Lakin aparat beynin dərin qatlarında baş verən proseslərin  müəyyən edilməsində zəifdir.

Bu alətlər beynin psixoloji fəaliyyətini müəyyən etmələ yanaşı, baxış bucağının dərəcəsini ölçür, üz mimikalarını müyyən edir və ürək döyüntüsü kimi xüsusiyyətləri təyin edə bilir.

Neuroscience ( beyin neyronlarını öyrənən elmi sahəsi) 2000-ci ildən bazarda müştərilər üçün tətbiq edilməyə başlandı. Çünki biznes məktəbinin tətqiqatçıları marketinqin, reklamın və brendləşmənin insan beynində xüsusi bir təsirə malik olduğu qəanətinə gəlmişdir. 2004-cü ildə Emory universitetinin tədqiatçıları Coca-ColaPepsi üçün fMRİ  alətləri vasitəsi ilə test elədi. Nə vaxt ki, içkilər müəyyən edilmədi,tətqiqatçılar sabit neyrol cavab  qeyda aldı. Lakin içkilər göründükdən sonra beynin limbik sistemi (burada hiss, duyğu və yaddaşla əlaqəli məsələlər olur) faəliyyətini artırdı. Müəyyən olundu ki, brendin tanınması qərar qəbulu prosesini dəyişdi.

Dörd ilə əvvəl İNSEAD’ ın komanda rəhbəri Hilke Plassman tərəfindən bir  test olundu. Beləliklə üç eyni dada və keyfiyyətə sahib olan şərab təqdim edildi,neyronların analizi zamanı, insanların ən bahalı olan şəraba üstünlük verdiyi müəyyən edildi. Başqa bir nümunə də isə fMRİ müəyyən edirki, insanlar məhsulun qiymətini gördükdən sonra onların dəyərinin beyində hesablanması prosesi dəyişə bilir.Beləki əgər ilk qiyməti görürlərsə onlar “Görəsən bu məhsul bu qiymətə dəyər?” deyirlər. Əks halda məshulu gördükdən sonra isə “Mən bu məhsulu xoşlayıram mı?” sualını verərlər.

ƏLVERİŞLİ MARKETİNQ STRATEGİYASI

Neyromarketinq gələcəyin ən ənverişli marketinq strategiyalarından birinə çevriləcək. Çünki artıq biz 20-ci əsrdə yox 21-ci əsrdə yaşayırıq. Əvvəl təklif-tələb əsasında bazar qurulurdu, indi isə satıcılar mütləq şəkildə tələbə diqqət etməlidir, çünki bu artıq bazarın ən mühüm qanununa çevrilib.

Düzdü çoxları neyromarketinqlə o qədər də tanış deyil və ya praktika da çox az tətbiq edilir, lakin Coca-Cola və Pepsi məsələsi  bredləşmənin əslində insan beynində necə bir rol oynamasını sübut etdi.

Mən Neyromarketinqlə bağlı iki yazını sizə təqdim etmək fikrindəyəm. Bu gün sadəcə mövzuya  giriş etmək istədim və ümumi məlumatı sizin nəzərinizə çatdırdım. Növbəti yazıda isə sizə “Neyromarketinq texnikaları” haqqında məlumat verəcəm.

Ümid edirəm bu yazı sizin üçün faydalı oldu, növbəti yazılarda görüşmək ümidi ilə…

Təklif və iradlarınızı şərh bölməsində bildirməyi unutmayın!