Qalatasaray, dünyada mobil idman oyunlarının ən uğurlu istehsallarından biri olan Head Ball 2 ilə əməkdaşlıq müqaviləsi imzaladı.

Qalatasaraydan “Head Ball 2” oyunu üçün əməkdaşlıq

Masomo komandasının 2018-ci ilin aprelində Head Ball 2 oyunun yaradılması barədə məlumat verilmişdi. 2019-cu ilin fevral ayında Miniclip tərəfindən satın alınan Masomo, yeni bir əməkdaşlıq ərəfəsindədir. Daha sonra paylaşılan məlumatlara görə, Qalatasaray, dünyada mobil idman oyunlarının ən uğurlu istehsallarından biri olan Head Ball 2 ilə müqavilə imzaladı.

40 yaşlı Pac-Man haqqında 20 vacib məlumat adlı məqaləmizə keçid edə bilərsiniz.

Əməkdaşlıq ilə “Qalatasaray” ın oyunçuları Head Ball 2 oyununda iştirak edəcəklər. Söz mövzusu razılaşma ilə Head Ball 2 oyununda Qalatasaray azarkeşləri üçün xüsusi məzmun olacaq.

Paylaşılan məlumata görə, oyuna Qalatasaraydan 5 ulduz simvol əlavə olunacaq.

Onu da əlavə edək ki, oyuna əlavə ediləcək adlar hələ açıqlanmayıb və bu adlar sürpriz olacaq. Oyunda Qalatasaray üçün xüsusi bir kubok, futbol topu və xüsusi hazırlanmış emojilər yer alacaq. Qalatasaray azarkeşlərinə təqdim ediləcək digər bir xüsusiyyət, komandanın loqotipi və aslan silueti olacaq.

Xatırladaq ki, 2018-ci ildə istifadəyə verilən Head Ball 2 oyunu həm Android, həm də iOS platformalarında pulsuz olaraq mövcuddur. İstehsalından bir neçə ay sonra gündəlik 2 milyon unikal istifadəçiyə çatan Head Ball 2, ölkəmizin ən uğurlu mobil oyunlarından biridir.

Head Ball 2 oyununu buradan yükləyə bilərsiniz.