Bu gün rəqəmsal marketinqdə tez-tez qarşılaşdığımız Rəqəmsal Marketinq terminləri – Top 20 ilə tanış olacağıq.

Elm sahələrini düşündükdə ağıla ilk gələn hər bir elmin özünə məxsus terminlərinin olmasıdır. Fikir versək görərik ki, fəlsəfənin öz terminləri var, tarixin öz terminləri var və ya riyaziyyatın öz terminləri var. Termin dedikdə yalnız müəyyən bir elm sahəsində işlənən və bu sahə ilə məşğul olan şəxslərin başa düşdüyü sözlər nəzərdə tutulur.

Rəqəmsal marketinq ilə bağlı 20 termini aşağıdakı formada qeyd etdik:

1. Bounce rate – Bu sayta daxil olan və orada yalnız bir səhifəni ziyarət edən qonaqların sayını göstərir.

2. CTA (Call-to-action button) – bu bir onlayn butondur ki, sayta daxil olan insanların diqqətini cəlb etmək üçün sayta əlavə edilmişdir. Belə ki insanlar bu butona toxunmaqla qeydiyyatdan keçmək, sayta abunə olmaq və ya zəng etmək kimi bir neçə yolla cəlb edilə bilər.

3. Conversion – Onlayın ticarətdə satış həmçinin bu cür adlanır. Geri dönüş kimi tərcümə olunur, beləki dönüşümün baş verməsi sayta daxil olan ziyarətçinin ödənişli bir müştəriyə çevrilməsi mənasını verir. Saytın formasından asılı olaraq müxtəlif hadislər “dönüşüm” hesab oluna bilər, misal, sayta abunə olmaq, qeydiyyatdan keçmək və.s

4. Convert – Çevrilmə kimi tərcümə olunur yəni, saytı ziyarət edənin ödənişli bir müştəriyə çevrilməsi kimi başa düşülür.

5. CPM (cost-per-mile) – min baxış əvəzinə olan xərc nəzərdə tutulur.Burada siz min baxış üçün ödəniş edirsiniz.

6.CRO (conversion rate optimization) – Bu göstərici saytı ziyarət edənlərin, qeydiyyatdan keçənlərin və ya potensial müşrətilərin ümumi dərəcəsini göstərir.

7. Engagement – Bu ölçü vahidi insanlar ilə əlaqə qurmaq imkanını göstərir, bura uzunmüddətli əlaqələrin qurulması və təsirin artırılması daxildir.

8. Impression – Elektron ticarətdə o həmçinin baxışı ifadə edir, yəni nə qədər insan baxdı və ya sizin paylaşdığınız informasiya ilə qarşılaşdı, heç bir klik etmədən.

9. Landing page – Bu saytın bir səhifəsidir ki, hər hansı bir şəxs axtarış motorlarında araşdırmaq apardıqdan sonra qarşısına çıxıb və o da klik edərək səhifəyə daxil olub .

10. Lead – Onlayn ticarətdə, bu göstərici potensial satışı təqdim edir. Bu onu göstərir ki, müştərinin sizin məhsula və ya xidmətə ehtiyacı var, onunla maraqlanır.

11. Outbound marketing – Xarici mənbələrdən istifadə etməklə saytın yazısının və ya elanının internet üzərində yayılması nəzərdə tutulur

12. PPC ( pay-per-click)Bunu klik başına ödəniş kimi ifadə edə bilərik. Beləki axtarış motorlarında reklam verdikdə ziyarətçi sizin reklam başlığınıza klik etdikdə sizdən pul çıxılır.

13. Reach – Bura sizin reklamınızın və ya hər hansı bir paylaşımınızın çatdığı kütlə nəzərdə tutulur.

14. SERP (search engine results page) Axtarış motorlarının nəticə səhifəsi kimi tərcümə edilir,yəni bir şəxs axtarış verdikdə qarşısına çıxan səhifə nəzərdə tutulur.

15. Session –Seans,son 30 dəqiqə ərzində  veb sayta daxil olmayan xüsusi bir IP ünvanı kimi ifadə olunur. Veb sayt baxımından, bir seans bəzən ziyarət olaraq da təyin olunur.

16. Traffic – onlayın ticarətdə, trafik məlumat axınına aiddir. Trafik, ziyarətçilər tərəfindən göndərilən və qəbul edilən məlumatların miqdarını təmsil edir.

17. Visibility – Görünmə dərəcəsi, sizin saytınızın axtarış motorlarında görünmə dərəcəsini bildirir.

18. Visitziyarətçinin müəyyən bir dövrdə baş verən hərəkətlərini bildirmək üçün istifadə edilən ölçüdür. O, həmçinin sessiya da adlanır.

19. User – İnternet dünyasıda bir istifadəçi mənasını verir, əlaqə qurmaq üçün və ya məlumat tapmaq üçün internetdən istifadə edən bir insandır.

20. ROI (return on investment) – Bir qayda olaraq, gəlirlilik nisbəti olaraq bilinən investisiya qoyuluşu, investorun etdiyi sərmayə nəticəsində qazandığı qazancdır

Bu gün rəqəmsal marketinq sahəsində tez-tez qarşılaşdığımız Rəqəmsal Marketinq terminləri – Top 20 haqqında sizə məlumat verməyə çalışdıq. Ümid edirik sizin üçün faydalı olmuşdur. Şərh bölməsində fikrinizi bildirməyi unutmayın. Növbəti yazılarda görüşmək ümidi ilə.