Bu gün texnologiya bazarının nəhənglərindən biri olan smartfon (Apple, Samsung, Xiaomi və s.) bazarının bu ilki inkişaf tempinə nəzər yetirəcəyik.

Orta üst seqment üçün iddialı alternativ: Oppo Reno3 Pro
COVID-19 izləmə sistemi API, səhiyyə sahəsinə təqdim edildi
“Smartfon”ların satışı 2020-ci ildə nə qədər azaldı?

COVİD-19 epidemiyasının bütün sektorlara və bazara necə təsir etdiyindən danışarkən “smartfon”ların satışının bu vəziyyətdən təsirlənəcəyini gözləməmək mümkünsüz idi.

ABŞ-ın bazar araşdırma şirkəti olan IDC-nin hesabatına görə;

“Smartfon”ların qlobal tədarükünün 2020-ci ilə nisbətən illik müqayisədə 11,9 faiz azalması, ümumi tədarükün isə 1,2 milyard ədədə enəcəyi gözlənilir.

Bir neçə gün əvvəl Gartner-in hesabatında 2019-cu ilin birinci rübündə 374,9 milyon olan vahid satışının bu ilin eyni dövründə 299,1 milyon, 20% düşdüyünü müşahidə etdik.

Gartner, dünyanın ən çox gəlir gətirən şirkətlərindən biri olan Apple’ın əvvəlki ilin ilk rübü ilə müqayisədə 4 milyon az iPhone satdığını bildirdi. Huawei, son Android hadisələrindən sonra 27,3 faiz az telefon satdı. Samsung, digər tərəfdən 22,7 faiz, OPPO isə 19.1 faiz aşağı satış etdi.

Marka2020-ci il (ədəd, min)2020-ci il (bazar payı)2019-cu il (ədəd, min)2019-cu il (bazar payı)Illik bazada dəyişim
Samsung55.33318.571.62119.1-22.7
Huawei42.49914.258.43615.6-27.3
Apple40.92013.744.56911.9-8.2
Xiaomi27.8179.327.4247.31.4
OPPO23.949829.5897.9-19.1
Digər108.62136.3143.27938.2-24.2
Cəmi299.138100374.917100-20.2
Smartfon”ların satışı 2020-ci ildə nə qədər azaldı?

Pandemiyadan təsirlənməyən smartfon

Pandemiyadan təsirlənməyən yeganə smartfon markasının Xiaomi olduğunu görürük. Bu ilin ilk 3 ayında Çinin Xiaomi şirkətinin satışları 1.4 faiz artdı, şirkətin bazardakı payı isə 7.3 faizdən 9.3 faizə yüksəldi.

Gündəmdən olan mövzuları izləyərək, sizin üçün faydalı, maraqlı və yeni məlumatlar təqdim etməyə çalışırıq. Ümid edirəm bu günkü mövzu da sizin üçüb bir faydalı olmuşdur, növbəti yazılarda görüşmək ümidi ilə…

Rəy bölməsində fikirlərinizi bildirməyi unutmayın!