BitcoinAltcoin terminlərindən sonra bazara stablecoin termini gəldi. Bu gün Stablecoin nədir və onun əhəmiyyəti haqqında danışacağıq.

Bir neçə il əvvəl, ABŞ hökumətinin özünün rəqəmsal valyutasına zərbə endirə biləcəyini eşitmiş olsaydınız, bunu əsassız hesab edə bilərdiniz  və ya zarafat kimi qəbul edə bilərdiniz. Ancaq bu qış, Federal Ehtiyat öz rəqəmsal pulunu buraxma ehtimalını araşdırdığını bildirdi. Stanford’da çıxış edən Federal Ehtiyat Qubernatoru Lael Brainard, “rəqəmsallaşdırma üçün daha böyük dəyər və rahatlığı daha aşağı qiymətə çatdırmaq potensialının” ənənəvi olaraq riskdən yayınan qurumun marağına səbəb olduğunu qeyd etdi.

Neyromarketinq: Bizim nəyə ehtiyacımız var?
Müştəri rəylərinə cavab vermək üçün 5 prinsip

Nick Tomaino tərəfindən müəyyən edildiyi kimi, “stablecoin” sadəcə qiymət sabitliyi xüsusiyyətinə sahib olan kripto valyuta adlanır. Azərbaycan dilinə “sabit kriptovalyuta” olaraq tərcümə edilə bilər.

Ümumiyyətlə Stablecoin’lərin əksəriyyəti ABŞ dollarına qarşı sabitdir. Ancaq bəzi tətbiqlər zamanla bir pul səbətinə keçmək və ya istehlak qiymətləri indeksi kimi bir indeksə keçməyi hədəfləyir.

Bitcoin və Ethereum kimi kriptovalyutaların dəyişkənliyini nəzərə alsaq, bu istifadəçilər üçün problem ola bilər.

Biznesmenlərin kriptovalyutaları qəbul etməsinə mane olan əsas amillərdən biri də əməliyyat haqqının artması ilə dəyişkən qiymətdir. Bu hadisə bir çox şirkətin ödəniş forması olaraq Bitcoin’dən imtina etməsinə səbəb oldu.

Stablecoinlər, xüsusilə bəzilərinin ehtiyat etdiyi müqavilələrə uyğun olduğunu nəzərə alsaq, Blockchain’də maliyyə tətbiqlərinin dayağı rolunu oynaya bilər.

Bu sabit qiymət kriptovalyutası ideyasının ilk ortaya çıxması bir neçə il əvvələ təsadüf edir. Lakin, keçən ildən bəri, BasecoinCarbon kimi müəssisə tərəfindən maliyyələşdirilən təşkilatların tətbiqi ilə stablecoins inkişafı sürətlənməyə başladı.

Stablecoin niyə lazımdır?

Bunun ən çox yayılmış arqumenti dəyişkənliyə maneə yaratmasıdır. Bitcoin və Ethereum kimi kriptovalyutalar əvəzinə stablecoin əldə edərək özünüzü bazar dalğalanmalarından qoruya bilərsiniz.

Məsələn, Bitcoin 8000 dollara satılırsa və dollara sabit olan bir stablecoin üçün 1 Bitcoin əməliyyatı etdiniz ki, 8.000 stablecoin’iniz var. Bitcoin’in qiymətinin həftə ərzində 7000 dollara düşdüyünü güman etsəniz, əlinizdə hələ də 8000 dollar stablecoin var və onu daima Bitcoin’ə çevirə bilərsiniz.

Belə bir fikir var ki, bazara çıxarılan Stablecoin növbəti mərhələlərdə digər kriptovalyutaları sıradan çıxara bilər. Çünki Stablecoinlər digərləri ilə müqayisədə dayanıqlı bir məzənnəyə sahibdir buna görə insanların çoxu sabit olan pula  üstünlük verəcəkdir.

Qısası yatırım etmək istəsəz Stablecoinlər daha məqsədə uyğun hesab olunur.

Bu gün ki yazımız Rəqəmsal pulların gələcəyi haqqında idi,ümid edirəm ki,yazı sizin üçün faydalı olmuşdur, növbəti yazılarda görüşmək  ümidi ilə…

Rəylərinizi bildirməyi unutmayın!