“Yenidənqurma”nın alovlandırdığı qatar

Fehruz Rza · 25 Avqust 2023, 19:38 · 595 baxış

“Yenidənqurma”nın alovlandırdığı qatar

 

 “Akvarium” qrupunun “Qatar yanır” mahnısının taleyi Viktor Tsoyun (KİNO) “Dəyişikliklər” mahnısının taleyinə bir qədər oxşayır. Ona görəki ikisi də Sovet quruluşunu və “yenidənqurma” dövrünü məhv edən ən yaxşı əsərdirlər. Mahnının ilk iki misrası Maxaçqalada yazılsa da, davamı Bakıya gələn və Çingiz Mustafayevin də olduğu qatarda yazılıb.

 

Çingiz Mustafayevin qardaşı Seyfulla Mustafayevin “Leninqrad Rok Klubu” ilə münasibətləri sayəsində 1987-ci ildə Cəngi” birliyinin dəvəti ilə Bakıda 2 konsertlə çıxış edən “Akvarium” qrupu 1-ci konsertdən sonra Bakıdakı dostları ilə birlikdə gizlincə Maxaçqalaya yola düşüblər. Elə həmin gün də Maxaçqalada böyük konsert veriblər. Bakıdan gizlincə getmələri “Cəngi” birliyini pis vəziyyətə salmışdı. Çünki konsertin olduğu Opera studiyası icarəyə götürülmüşdü. Amma yaxşı tərəfi o idi ki, 1-ci konsertlə 2-ci konsert arasında cəmi 1 gün və 2 gecə vaxt var idi. Təşkilatçılardan olan Çingiz Mustafayev qrupu Bakıya qaytarmaq üçün Maxaçqalaya yollanır. Və qrupu yenidən Bakıya – sonuncu konsertlərini verməyə yola gətirə bilir.

 

Bakıda yazılmış bu mahnı SSRİ-nin dağılması dövründə bir çox ictimai təşkilatlar, siyasi partiyalar, habelə KİV-lər tərəfindən dövrün himni kimi təqdim edilir.

 

Dövrün himninə çevrilsə də, hakimiyyət tərəfindən çox sayda təzyiqlərə məruz qaldılar. Nəticə olaraq, qrup bu mahnını konsertlərdə səsləndirməyi məcburi olaraq dayandırdı.

Yazarın ən çox oxunulan postları

Generic placeholder image
Rok cəmiyyətinin günahı

Fehruz Rza

25 Avqust 2023, 19:02

Generic placeholder image
“Yenidənqurma”nın alovlandırdığı qatar

Fehruz Rza

25 Avqust 2023, 19:38